Belçika kralı taxt-tacı oğluna verəcək

20 İyul 2013 21:00 (UTC+04:00)
Sabah Belçika kralı II Albert taxt-tacdan imtina edəcək.


APA-nın xarici medialara istinadən verdiyi məlumata görə, ölkənin milli bayramı - Kralın andiçmə günündə monarx ölkə rəhbərliyini öz 53 yaşlı oğlu Filippə təhvil verəcək.

Bu qərarı o, səhhətinin pisləşməsi ilə əlaqələndirib. 79 yaşlı kral öz teleçıxışında belçikalıları birliyə və maliyyə böhranına baxmayaraq, Avropaya inanmağa çağırıb.

Qeyd edək ki, II Albert 1993-cü ildə böyük qardaşı kral Boduenin ölümündən sonra taxt taca gəlib. Onun hakimiyyət dövrü ölkənin parçalamaqdan xilas edilməsi və ölkədə yaşayan flamandlarla vallonların arasında mövcud olan siyasi böhranın aşılması ilə yadda qalıb.

AzNews.az