Sahib Alıyev: "İran terror aktı kimi, motivi haqda açıqlamanı da öncədən hazırlayıb"

27 Yanvar 2023 14:23 (UTC+04:00)

"Tehrandakı Səfirliyimizə qarşı SEPAH-a bağlılığı bildirilən Yasin Hüseynzadənin silahlı basqını və törətdiyi qətl Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi terror aktıdır".

AzNews.az xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.

O bildirib ki, terroçunun İranın güc strukturuna bağlılığı onun törətdiyi cinayətin guya məişət zəminində baş verməsi haqda tez-tələsik dövriyyəyə buraxılan rəsmi açıqlamadan da bəlli olur ki, terror aktı kimi, o, törədildikdən sonra motivi haqda açıqlama da öncədən hazırlanıb: "Bu, İranın bir dövlət olaraq mahiyyətindən, eyni zamanda acizliyindən xəbər verir. Növbəti dəfə təsdiqlənir ki, əmmaməli, amma dinsiz rejim öz çirkin məqəsdlərini reallaşdırmaq üçün nəinki dünyanın bir çox yerlərində terroçu qruplaşmalar yaradır, Vyana konvensiyasını rəzilcəsinə pozaraq başqa ölkələrin öz paytaxtındakı səfirliklərinə qarşı da terrora əl atmaqdan çəkinmir".

S. Alıyev qeyd edib ki, Ermənistandakı hərbi xuntadakılar terroru necə dövlət siyasətinə çevirmişdilərsə, təkrarını İranda görürük. Bu, təkcə bir dövlətin nə qədər idbarcasına idarə edildiyini yox, həm də yenə vurğulayıram - acizliyini, terror hədəfi seçdiyi ölkə, onun xalqı qarşısında acizliyini hiss etməsinin göstəricisidir".

Deputat deyib ki, bu həm də Azərbaycan sərhədləri boyunca hərbi təlim keçirənlər hədələrinin nəticəsizliyini, əksinə cavab addımlarından sonra gülüş hədəfinə çevrildiklərini görüb belə alçaq hərəkətlərə əl atdıqlarının göstəricisidir: "Tehrandakı səfirliyimizin, orada çalışanların mühafizəsini təmin edərkən şəhid olan baş leytenant Orxan Əsgərovun doğmalrınn kədərlərinə mən də şərik çıxır, ona uca Tanrıdan rəhmət diləyirəm! Terrorçu rejimi və onun qulluğunda duranları lənətləyirəm!", - deyə sonda S. Alıyev vurğulayıb.

Pərvanə