Danimarkada qadınlara hərbi xidmətin məcburi olması təklif edilib

27 Yanvar 2023 15:08 (UTC+04:00)

Danimarka baş nazirinin müavini və müdafiə naziri Yakob Ellemann-Yensen ordunun potensialını artırmaq üçün qadınlar üçün hərbi xidmətin icbari olması planını açıqlayıb.

Aznews.az xəbər verir ki, Ellemann-Jensen qadınların silahlı qüvvələrə daxil edilməsinin ölkənin NATO tələblərini yerinə yetirməsinə kömək edəcəyini, qadınların olması isə ordu üçün “faydalı” olacağını deyib.

Qeyd edək ki, hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilir, kişilər isə lotereya sistemi ilə çağırıldığı təqdirdə qanuni olaraq maksimum 4 ay xidmət edə bilirlər.

Mövsüm