Hikmət Hacıyev Corc Diklə səfirliyə hücumu müzakirə edib

27 Yanvar 2023 15:46 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə israilli diplomat tviterdə yazıb.

O, görüşdə vacib müzakirələr aparıldığını qeyd edib: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim”.