Ömər Çelik: İsveç hakimiyyətini bu ayrı-seçkiliyə görə bir daha qınayırıq

27 Yanvar 2023 16:08 (UTC+04:00)

İsveçin paytaxtı Stokholmda İsrail əleyhinə nümayiş təşkil etmək istəyən şəxs aksiya keçirmək üçün polisdən icazə alıb. İsrail hökumətinin İsveç rəsmiləri ilə əlaqə saxlamasından sonra Tövratı yandırmağı planlaşdıran etirazçının qarşısı alınıb.

AzNews.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Rasmus Paludanın Quranı yandırmasına icazə verən İsveçə reaksiya verib.

Sosial media hesabında paylaşım edən Çelik bunları deyib: "İsveç hakimiyyətinin İsrailin Stokholmdakı səfirliyi qarşısında Tövratın yandırılması aktının qarşısını alması çox düzgün qərardır. Biz Tövratın yandırılması cəhdini qətiyyətlə pisləyirik. Bir daha məlum oldu ki, Tövratın yandırılması ikiüzlülükdür. Eyni İsveç səlahiyyətlilərinin Qurani-Kərimin yandırılmasına "ifadə azadlığı" deyərək icazə verməsinin ikiüzlülük olduğu bir daha məlum olmuşdur. Antisemitizm və islamofobiya insanlığa qarşı cinayətdir. Biz İsveç hakimiyyətini etdikləri ayrı-seçkiliyə görə bir daha qınayırıq".

Pərvanə