XİN: Pakistan hökuməti və xalqı Azərbaycan səfirliyinə hücumla bağlı dərin kədər hissi keçirir

27 Yanvar 2023 20:11 (UTC+04:00)

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

Aznews.az xəbər verir ki, bunu Pakistan XİN-in mətbuat xidməti açıqlayıb.

“Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, - XİN-in məlumatında vurğulanıb.