Türkiyədə Mərkəzi Hakimlər Komitəsinin sədri istefa verib

28 Yanvar 2023 20:00 (UTC+04:00)

Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Sabri Çelik vəzifəsindən ayrılıb.

Aznews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, istefa ərizəsini TFF-yə təqdim edib. Çelik MHK üzvləri ilə birlikdə istefa verib.

Sədrin ərizəsinin qəbul olunduğu bildirilib.

Qeyd edək ki, Sabri Çelik ötən ilin aprelində bu vəzifəyə təyin edilmişdi. O, cəmi 9 ay postunda qalıb.