Dünya bu xəbərlə çalxalanır: İranın hərbi obyektləri PUA-larla vurulur - TƏCİLİ

29 Yanvar 2023 04:00 (UTC+04:00)

İranın mərkəzində yerləşən İsfahan vilayətində silahqayırma zavodunda güclü partlayış baş verib.

Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti valisinin müavini Məhəmməd Cannesari deyib.

Onun sözlərinə görə, partlayış Müdafiə Nazirliyinə məxsus mərkəzlərdən birindəki zavodda baş verib.

Faktla bağlı araşdırma aparılır.

İsfahan vilayətində indiyədək 3 partlayış səsinin eşidildiyi bildirilir.

Partlayışların pilotsuz uçuş aparatlarının düşməsi və vurulması nəticəsində baş verdiyi bildirilir.

AzNews.az xəbər verir ki, əslən Güney Azərbaycandan olan Rəhim Sulduzlu isə öz Facebook səhifəsində Təbriz yaxınlığında, Rəşt və Tehran şəhərlərində partlayışların baş verdiyini əks etdirən videolar paylaşıb.