Somalidə terrorçular naziri öldürüb

29 Yanvar 2023 14:18 (UTC+04:00)

Somalinin Qalmuduq ştatının Nəqliyyat və Aviasiya Departamentinin (nazir - Red) rəhbəri Farhio Abdi Vasuqe terrorçular təfərindən öldürülüb .

Aznews.az xəbər verir ki, bu barədə Somalinin “Garove” xəbər portalı məlumat yayıb.

Qeyd olunub ki, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri nazirə hücumu yanvarın 28-də Moqadişuda, xüsusi mühafizə olunan şəhər ərazisində olarkən törədiblər.

Nazir hücum nəticəsində həyatını itirib.