Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

29 Yanvar 2023 16:45 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 23 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 827 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 590 nəfər müalicə olunaraq sağalıb, hazırda 232 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 418, bu günə qədər isə ümumilikdə 7 484 660 test icra olunub.