“Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq" - Xələf Xələfov

29 Yanvar 2023 22:55 (UTC+04:00)

“Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq. Azərbaycan səfirliyi ilk dəfə şəhid aldı. Həm şəhid Orxan Əsgərov, həm də yaralananlar öz qanları bahasına terror aktının daha ağır nəticələr verməsinin qarşısını ala bildilər”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Onlar qəhrəmanlıq göstərdilər. Onlar Azərbaycan Respublikasının suverenliyi, müstəqilliy uğrunda canlarından keçdilər, xəsarət aldılar”, - X.Xələfov qeyd edib.