XİN: “İrandakı vətəndaşlarımızın yardıma ehtiyacı olsa, Təbrizdəki konsulluğumuza müraciət edə bilərlər”

29 Yanvar 2023 23:03 (UTC+04:00)

“Bizim bir çox vətəndaşlarımızın İranda olduğunu, səfər etdiklərini nəzərə alaraq, onların hər hansı məsələləri, sualları olarsa, diplomatik missiyadan yardımlara ehtiyacları olarsa, onlar bizim Təbrizdəki Baş konsulluğa müraciət edə bilərlər”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini vurğulayıb ki, İranın bəzi qurumları terror aktını məişət məsələsi kimi sırımağa çalışıblar.