Nazir müavini: “Terror aktı bizim əlaqələrimizə çox böyük ziyan vurdu”

29 Yanvar 2023 23:15 (UTC+04:00)

“Terror aktı bizim əlaqələrimizə çox böyük ziyan vurdu”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavininin sözlərinə görə, bu hadisədə bütün məsuliyyət İranın üzərinə düşür: “Mən məsuliyyətlə deyə bilərəm ki, bu məsələdə bütün məsuliyyət İran dövlətinin üzərinə düşür”.