Çin gəmiləri Yaponiyanın daxili sularını pozub

30 Yanvar 2023 10:51 (UTC+04:00)

Çin gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya milli ərazi sularını pozduğu bildirilir.

Aznews.az xəbər verir ki, Okinavanın Naha qraflığında yerləşən 11-ci Dairə Sahil Mühafizəsi Qərargahının məlumatına görə, Çinin 4 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.

Pozuntudan sonra bölgəyə sövq edilən Yaponiya Sahil Mühafizəsi elementləri Çin gəmilərinə bölgəni tərk etmələri barədə xəbərdarlıq edib.

Mövsüm