Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30 Yanvar 2023 11:13 (UTC+04:00)

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl telefon danışığında Vladimir Putinin onu raket hücumu ilə hədələdiyini bildirib.

Aznews.az xəbər verir ki, Putin və Boris Conson arasında iddia edilən dialoq, Putinin dünya liderləri ilə qarşılıqlı əlaqələrini araşdıran BBC sənədli filmində ortaya çıxıb.

Boris Consonun açıqlamalarına görə, Putin Böyük Britaniyanın çağırışına mənfi cavab verib.

"Bir nöqtədə o, məni hədələdi və şən bir şəkildə dedi: "Boris, səni incitmək istəmirəm, amma bir raketlə bu sadəcə bir dəqiqə çəkəcək".

Mövsüm