Lloyd Ostin Cənubi Koreyaya səfər edəcək

30 Yanvar 2023 11:23 (UTC+04:00)

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Şimali Koreyadan gələn nüvə və raket təhlükəsi və digər təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Cənubi Koreyaya səfər edəcəyi bildirilir.

Aznews.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Seula gedəcəyi gözlənilən ABŞ naziri Cənubi Koreyalı həmkarı Li Çen Sup və digər rəsmi şəxslərlə görüşəcək.

Mövsüm