Kiçik qızın hamburgerindən tırtıl çıxdı - FOTO

30 Yanvar 2023 12:47 (UTC+04:00)

Türkiyənin Adananın şəhərində restoranların birində yemək sifariş verən ailə qəribə hadisə ilə qarşılaşıb.

AzNews.az xəbər verir ki, 10 yaşlı Arya Yamar hamburgeri dişlədikdən sonra içərisində tırtıl olduğunu görüb.

"Gecəni yata bilmədim. Fikirləşirdim ki, içində başqa tırtıl var idisə, onu da yedim. Digərləri də qorxurdular ki, onların da yeməyində tırtıl var idi, onlar da bilmədən yeyib. Xoşbəxtlikdən heç nə baş vermədi. Çörəyin içində toyuqdan başqa kahı da var idi, məncə ondan çıxdı", - Arya deyib.

Pərvanə