Çavuşoğlu: "Türkiyənin narahatlıqlarının sadəcə başa düşülməsi bəs etmir"

30 Yanvar 2023 13:05 (UTC+04:00)

"Prezidentimizin dünən verdiyi bəyanat əslində prosesin əvvəlindən verdiyimiz bəyanatların təsdiqidir. İki ölkənin müraciət prosesi başlayandan bəri Finlandiya ilə daha az problemimiz olduğunu deyirik".

AzNews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Qomis Kravinyo ilə birgə mətbuat konfransında deyib.

"Problemli ölkə ilə daha az problemli ölkəni ayırd etmək ədalətli yanaşma olardı. Bununla belə, iki ölkənin üzvlük prosesinin birlikdə aparılması istənilib. Bu səbəblə onlardan 3-ü müqavilə imzalayıb.

O vaxtdan bəri Finlandiya bəzi addımlar atdı, lakin İsveçdəki kimi heç bir təxribat olmadı. Finlandiyada NATO əleyhinə olan fiqurlar var”, - deyə XİN başçısı vurğulayıb.

Çavuşoğlu bildirib ki, biz Türkiyə olaraq NATO-nun inkişafına qarşı deyilik: "Finlandiya və İsveçlə qəti problemimiz yoxdur, onların təhlükəsizliklə bağlı narahatlıqlarını anlayırıq. Türkiyənin narahatlıqlarının sadəcə başa düşülməsi bəs etmir, onlar qarşılanmalıdır. Prezidentimiz deyir ki, Finlandiyanı İsveçdən müstəqil dəyərləndirmək olar. Bu məsələdə ədalətli olmalıyıq. Ona görə də prezidentimiz bunu vurğulayıb”.

Pərvanə