İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib

30 Yanvar 2023 13:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib.

AzNews.az xəbər verir ki, burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.