Qərbin hiyləsi Rusiyanın cənub, şərq vektorlarını inkişaf etdirmək əzmini gücləndirir - Sergey Lavrov

30 Yanvar 2023 13:30 (UTC+04:00)

"Qərbin dözülməzliyi və hiyləsi Rusiyanın xarici siyasətinin cənub və şərq vektorlarına üstünlük vermək qərarını gücləndirir".

Aznews.az xəbər verir ki, bu barədə Sergey Lavrovun Moskvanın 2022-ci il üçün diplomatiyasına dair şərh edərkən deyib.

“Bizə bir müddətdir ki, Rusiyanın geniş Avrasiya məkanında əsas sistem elementlərindən biri kimi mövcudluğunun opponentlərimiz üçün problem olduğu aydındır”, - Rusiya xarici işlər naziri qeyd edib. “Lakin tarix dönə-dönə öyrədir ki, Rusiyanın dövlətçiliyini sarsıtmaq, cəmiyyəti parçalamaq, üstəlik, ölkənin ərazi bütövlüyünə qəsd etmək cəhdləri yalnız xalqımızın konsolidasiyasını asanlaşdırır, həyatın əsas sahələrinin suverenləşdirilməsi istiqamətində davam etdirilən kursu təşviq edir. Bu arada Qərbin danışıqlar apara bilməməsi və məkrliliyi təsdiqlənir ki, bu da bizim xarici siyasətin cənub və şərq vektorlarının inkişafına üstünlük vermək əzmini artırır”- deyə o, əlavə edib.

Mövsüm