Zaxarova İranın müdafiəsinə qalxdı: "Bu hücumu pisləyirik"

30 Yanvar 2023 15:30 (UTC+04:00)

"Moskva yanvarın 28-də İranın müdafiə şirkətinə pilotsuz təyyarə hücumu kimi hər hansı təxribatı qətiyyətlə pisləyir və bunun Yaxın Şərqdə nəzarətsiz eskalasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edir".

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın verdiyi açıqlamada qeyd olunub.

"Biz olduğu kimi dinc olmaqdan uzaq olan bir bölgədə gərginliyin nəzarətsiz artmasına səbəb ola biləcək hər hansı təxribatçı səyləri qətiyyətlə pisləyirik. Bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Bu, həyasız basqının təşkilatçıları, onların himayədarları və İranın zəiflədilməsi üçün boş ümidlərə bağlanaraq, bu məsələdən öyünənlər tərəfindən başa düşülür”.

Mövsüm