Çində 6,1 bal gücündə zəlzələ baş verib

30 Yanvar 2023 15:37 (UTC+04:00)

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.

Aznews.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin verdiyi açıqlamaya görə, səhər saatlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb, episentri bölgənin şimalındakı Aksu vilayətinin Şayar rayonunda olub.

Zəlzələ yerin 50 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində itkilər barədə hələlik məlumat verilməyib.

Mövsüm