Polşanın Baş naziri müdafiə xərclərini artırmaq planını açıqlayıb

30 Yanvar 2023 17:34 (UTC+04:00)

Polşanın baş naziri müdafiə xərclərini artırmaq üçün plan hazırladığını açıqlayıb.

"Rusiyanın Ukraynaya müdaxiləsi fonunda ölkənin “daha ​​tez” silahlanması lazımdır".

Aznews.az xəbər verir ki, bu barədə Mateusz Moraviecki jurnalistlərə açıqlamasında deyib.

Transatlantik alyansın rəqəmlərinə görə, 2022-ci ildə Polşanın hərbi xərcləri ÜDM-nin 2,4 faizini təşkil edib ki, bu da NATO ölkələri arasında üçüncü ən yüksək faizdir.

Mövsüm