Prezidentin köməkçisi: "Səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir"

30 Yanvar 2023 18:34 (UTC+04:00)

"İranda səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, İranda Azərbaycan səfirliyində baş verən terrorla bağlı artıq hər kəs məlumatlıdır:

"Sözsüz ki, məsələ tam aydınlaşdırılmalıdır. Hadisədən zərər çəkmiş bütün vətəndaşlarımız dövlətin nəzarətindədir. Hesab edirəm ki, dünya onların (İranın - red.) əcaib işlərinə qiymət verirlər, törədilmiş qəsdi pisləyirklər".

"Məsələni tam aydınlaşdırmaq üçün müəyyən qədər vaxt lazımdır. Hazırda dövlətimiz tərəfindən bu hadisə ciddi araşdırılır" -, M. Əliyev vurğulayıb.