NATO-dan Yaponiya ilə daha güclü əlaqələr qurmaq mesajı

31 Yanvar 2023 12:42 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal təhlükələrə diqqət çəkib və NATO ilə Yaponiya arasında əlaqələrin gücləndirilməsinə çağırıb.

Aznews.az xəbər verir ki, Şərqi Asiya turu çərçivəsində Yaponiyaya gələn NATO-nun baş katibi Yens Stoltenberq paytaxt Tokionun şimalında yerləşən Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin İruma bazasına səfəri zamanı çıxışında Rusiya-Ukrayna müharibəsinə toxunub.

"Bu, NATO ilə dəyərli tərəfdaşımız Yaponiya arasında tərəfdaşlığı daha da gücləndirmək üçün bir yol olacaq",-deyə Yens Stoltenberq səfəri haqqında qeyd edib.

Mövsüm