Rusiya şirkətindən rus əsgərlərə pul mükafatı: Avropa tanklarını vurun

31 Yanvar 2023 12:49 (UTC+04:00)

Rusiyanın kimya istehsalçısı “Fores” Almaniya və ABŞ-ın bu yaxınlarda Ukraynaya verdiyi döyüş tanklarını məhv edən əsgərlərə mükafatlar təklif edib.

Aznews.az xəbər verir ki, xəbər Vaşinqton və Berlinin keçən həftə Kiyevə ağır zireh göndərilməsini təsdiqləməsindən sonra yayılıb.Fores ilk kuboka görə 5 milyon rubl ödəyəcək. Hər bir sonrakı üçün ödəniş 500 min rubl olacaq.

Şirkət əlavə edib ki, Ukrayna F-15 və F-16 qırıcıları alarsa, Fores vurulan ilk təyyarəyə görə 15 milyon rubl mükafat təklif edəcək.

Mövsüm