Laçın-Xankəndi yolundan gün ərzində RSK-nın 63 avtomobili keçib

31 Yanvar 2023 20:15 (UTC+04:00)

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Aznews.az xəbər verir ki, Laçın- Xankəndi yolundan maşın karvanı maneəsiz keçid edib. RSK nə məxsus maşın karvanı 6 yük maşınından ibarət olub. Bununla da səhər saatlarından indiyədək maneəsiz keçid edən RSK-nə məxsus avtomobillərin ümumi sayı 63 olub.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

14:01

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Bir qədər əvvəl Laçın-Xankəndi yolundan RSK-ya məxsus 7 maşından ibarət karvan Xankəndidən Laçına, 18 avtomobil isə Laçından Xankəndiyə maneəsiz keçid edib.

Səhər saatlarından indiyədək yoldan RSK-ya məxsus 48 avtomobil keçib.

***

11.29

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Aznews.az xəbər verir ki, RSK-ya məxsus 16 maşından ibarət karvan Xankəndidən Laçın istiqamətinə, 3 yük avtomobili isə əks istiqamətə keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

10:01

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

RSK-ya məxsus 2 yük maşını Laçın-Xankəndi yolundan maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb./APA