Həftənin ilk iş günü hava yağmursuz olacaq

21 İyul 2013 12:55 (UTC+04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə isə 27-28° isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 19-24°, gündüz 30-35° isti olacağı gözlənilir.

AzNews.az