Spiker: Tehrandakı səfirliyimizə hücum terror aktıdır

1 Fevral 2023 11:47 (UTC+04:00)

“Yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub”.

Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında spiker Sahibə Qafarova bildirib.

Sahibə Qafarova deyib ki, Səfirliyin bir əməkdaşı hücumun qarşısını alarkən şəhid olub, ikisi yaralanıb: “Parlament bu qanlı terror aktını pisləyib”.

Spiker qeyd edib ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransında iştirak zamanı, o cümlədən İran parlamentinin sədri də daxil olmaqla keçirilən ikitərəfli görüşdə Tehranda səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı müzakirə aparılıb.

Sahibə Qafarova bu görüşlərdə Azərbaycanın terror aktını hərtərəfli araşdırılmasını tələb etdiyini bir daha diqqətə çatdığını vurğulayıb.