"Moskva NATO-nun hərbi infrastrukturunun Ukrayna üçün işlədiyini görür"- Dmitri Peskov

1 Fevral 2023 17:55 (UTC+04:00)

"Moskva NATO-nun bütün hərbi infrastrukturunun, hətta onun peyklərinin də Ukrayna naminə gecə-gündüz Rusiyaya qarşı işlədiyini görür"

Aznews.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Biz NATO-nun bütün hərbi infrastrukturunun Rusiyaya qarşı necə işlədiyini görürük və biz NATO-nun bütün kəşfiyyat infrastrukturunun, o cümlədən kəşfiyyat aviasiyası və peyk qruplaşmalarının 24/7 rejimində Ukraynanın maraqları üçün necə işlədiyini görürük”, - Kreml rəsmisi bildirib.

Peskovun sözlərinə görə, bu cür hərəkətlər Rusiya üçün “çox özünəməxsus, düşmənçilik” şəraiti yaradır ki, Moskva bunu sezməyə bilməz.

Mövsüm