ABŞ və Rusiya arasında "START" müqaviləsi böhranı

1 Fevral 2023 18:00 (UTC+04:00)

ABŞ Rusiyanı Yeni START Müqaviləsinin öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Bildirilib ki, Rusiyanın öz ərazisində fəaliyyətinə nəzarətdən imtina etməsi nüvə silahlarına nəzarətin həyat qabiliyyətini təhdid edir.

Aznews.az xəbər verir ki, İkitərəfli münasibətlərin bu dəfəki gündəmi Strateji Silahların Azaldılmasına dair Yeni Müqavilədir.

Yeni "START" da adlandırılan müqavilə iki ölkə arasında qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Mövzu ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamenti Rusiyanın rəftarının yaratdığı problemlərə diqqət çəkib.

Bu vəziyyətin Vaşinqtonun müqavilədən irəli gələn hüquqlarını həyata keçirməsinə mane olduğu vurğulanıb.

Mövsüm