FTB Baydenin evində axtarış edir

1 Fevral 2023 20:26 (UTC+04:00)

ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ölkə Prezidenti Cozef Baydenin Delaver ştatının Rebohot Biç şəhərindəki şəxsi evində məxfi sənədlərin saxlanması işi çərçivəsində axtarış aparır.

Aznews.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“Bu gün Prezidentin tam razılığı və əməkdaşlığı ilə Ədliyyə Nazirliyi onun Delaver ştatının Rebohot şəhərindəki evində planlı axtarış aparır”, - telekanal C.Baydenin vəkili Bob Bauerdən sitat gətirib.