Sumqayıtda 9 yaşlı uşaq dənizdə batdı

21 İyul 2013 15:32 (UTC+04:00)
Sumqayıt şəhəridə 9 yaşlı uşaq dənizdə batıb.


Sumqayıt şəhəri, Corat qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 km məsafədə, nəzarətsiz ərazidə) batan 2004-cü il təvəllüdlü Məmmədov Nurlan Teyyub oğlunun axtarışları başa çatıb. N.Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 1,5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az