Aİ-Ukrayna sammiti müharibə başlayandan bəri ilk dəfə keçiriləcək

2 Fevral 2023 11:26 (UTC+04:00)

Fevralın 3-də keçiriləcək sammitdə Avropa İttifaqı (Aİ) və Ukrayna administrasiyası Ukraynanın Aİ-yə üzvlük prosesi, Aİ-nin Rusiyaya qarşı müharibəsində Ukraynaya verdiyi dəstək və mümkün sülh prosesi kimi bir çox mövzunu müzakirə edəcək.

Aznews.az xəbər verir ki, Avropa Şurasının sədri Çarlz Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Komissiyasının əksər üzvləri cümə günü prezident Volodimir Zelenski və hökumət üzvləri ilə görüşmək üçün Ukraynaya gedəcək.

Görüşün yeri və vaxtı ilə bağlı ətraflı məlumat təhlükəsizlik baxımından paylaşılmır.

Mövsüm