ABŞ bəzi Taliban üzvlərinə yeni viza məhdudiyyətləri qoyur

2 Fevral 2023 11:59 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları Əfqanıstanda qadın hüquqlarına qoyulan qadağalara cavab olaraq Taliban müvəqqəti hökumətinə əlavə viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat yayıb.

O Taliban administrasiyasının qadın və qızlara qarşı təzyiq və zorakılığına qarşı tədbir görəcəklərini bildirib.

Blinken Əfqanıstanda qadınlara qarşı davam edən repressiv siyasətdən məsul və ya zorakılıqda iştirak etdiyi güman edilən hazırkı və keçmiş Taliban üzvlərinə, qeyri-dövlət təhlükəsizlik qruplarının üzvlərinə və digərlərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər gördüklərini deyib: "Belə şəxslərin yaxın ailə üzvlərinə də viza məhdudiyyəti qoyula bilər”.

Pərvanə