Rusiyadan İsrailə xəbərdarlıq

2 Fevral 2023 12:04 (UTC+04:00)

"Ukraynaya bütün silah yardımı edən ölkələr başa düşməlidir ki, biz bu silahları Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf kimi qəbul edəcəyik".

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailə Ukraynaya silah göndərilməsinin böhranı "uzadacağı" barədə xəbərdarlıq edərkən Anadolu Agentliyə açıqlamasında deyib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın CNN televiziyasına verdiyi müsahibədə "Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini" və "İranın silah istehsalına qarşı hərəkətə keçdiklərini" bildirib.

Mövsüm