İran İsfahandakı hərbi obyektə hücumda İsraili günahlandırır

2 Fevral 2023 12:40 (UTC+04:00)

İran İsrailin İsfahan şəhərindəki hərbi obyektə pilotsuz təyyarələrlə hücuma görə məsuliyyət daşıdığını və hücuma cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

AzNews.az xəbər verir ki, İSNA agentliyi məlumat yayıb.

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə məktub yazıb.

İrevani məktubunda qeyd edib ki, yanvarın 28-də İsfahan şəhərində hərbi obyektə hücumla bağlı aparılan ilkin araşdırmalar hücumun arxasında İsrailin olduğunu göstərib.

Məktubda hücumun beynəlxalq hüquqa zidd olduğunu bildirən İrəvani qeyd edib ki, İran öz milli təhlükəsizliyini müdafiə etmək və sionist rejimin hər hansı təhdid və ya səhv cəhdinə lazım bildiyi vaxt və yerdə qəti şəkildə cavab vermək kimi qanuni və təbii haqqını özündə saxlayır.

Pərvanə