Lavrov: Biz hamımız Ukraynadakı münaqişənin bitməsini istəyirik

2 Fevral 2023 15:09 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Ukraynaya dəstəyini tənqid edib və bu dəstəyin Rusiyanın hərbi əməliyyatının formalaşmasında təsirli olduğunu bildirib.

AzNews.az xəbər verir ki, Rusiya dövlət televiziyasına danışan Lavrov Qərbin Kremlin danışıqları rədd etməsi ilə bağlı açıqlamalarını “yalan” adlandırıb və deyib ki, hamımız Ukraynadakı münaqişənin bitməsini istəyirik.

Qərbin Ukraynaya uzaqmənzilli silahlar göndərməkdə davam etdiyini qeyd edən rusiyalı nazir Moskvanın düşmənlərini Rusiya sərhədlərindən daha da uzaqlaşdırmaqla cavab verəcəyini bildirib.

Lavrov Rusiyanın mövcud vəziyyətdən daha güclü çıxacağını iddia edib.

Rusiya XİN başçısı həmçinin ABŞ-ni “Şimal axını” boru kəmərlərində baş verən partlayışlarda birbaşa rol oynamaqda ittiham edib.

Pərvanə