İsveçin baş naziri ölkədəki müsəlman icmasının nümayəndələri ilə görüşüb

3 Fevral 2023 07:07 (UTC+04:00)

İsveçin baş naziri Ulf Kristersson ölkədəki müsəlman icmasının nümayəndələri ilə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə nazirlik "Twitter" hesabında paylaşım edilib.

Kristersson İsveç müsəlman icmasının nümayəndələri ilə görüşməkdən məmnun olduğunu bildirib.

Kristersson İsveçin keçmiş baş nazirləri dövründə aparılan bu danışıqların indi öz hökuməti tərəfindən aparıldığını qeyd edib. Nazir nümayəndələrin son hadisələr də daxil olmaqla, mühüm suallar verdiyini deyib.

İsveçin sosial işlər naziri Yakob Forsmedin də iştirak etdiyi toplantıda İsveç müsəlman icmasından olan İsveç İslam Federasiyasının prezidenti Tahir Akan, İsveç Birləşmiş İslam Birliklərinin prezidenti Məhəmməd Temsamani, prezident Mustafa Setkiç iştirak ediblər. Bosniya İslam Cəmiyyətinin, İsveç İslam Şiə İcmalarının prezidenti Heydər İbrahim və İslam Akademiyasının prezidenti Səlahəddin Bərəkət iştirak edib.

Pərvanə