Peruda erkən seçki tələbi Konqres tərəfindən üçüncü dəfə rədd edildi

3 Fevral 2023 07:58 (UTC+04:00)

Peruda prezident Dina Boluartenin erkən seçki çağırışı ilə Milli Konqresdə səsvermə keçirilib.

AzNews.az xəbər verir ki, səsvermədə növbədənkənar seçki tələbi 48 lehinə, 75 əleyhinə və 1 bitərəf olmaqla ardıcıl üçüncü dəfə rədd edilib.

Azad Peru Partiyasının təqdim etdiyi təklif tələb olunan 87 səsə çatmadığı üçün Konqresdə qəbul edilməyib.

Pərvanə