Məşhur modelyer Pako Raban vəfat edib

3 Fevral 2023 19:46 (UTC+04:00)

Dünyaca məşhur fransız modelyer Pako Raban 88 yaşında vəfat edib.

Aznews.az “Le Monde”yə istinadən xəbər verir ki, o, İspaniyada dünyasını dəyişib.

Fransisko Rabaneda-i-Kuervo (Francisco Rabaneda y Cuervo) 1934-cü il 18 fevralında İspaniyanın Bask bölgəsində yerləşən Quipuskoa əyalətinin Pasaya şəhərində anadan olub.

Pako Raban 17 yaşında Fransaya köçüb və memarlıq təhsili alıb. O, ötən əsrin 60-cı illərində moda dünyasında inqilab etmiş modelyerlərdən hesab edilir.

Xatırladaq ki, Pako Raban “Givenchy”, “Dior” və “Balenciaga” kimi məşhur dünya brendləri ilə əməkdaşlıq edib. “Paco Rabbanne” adlı moda evinin sahibi olub.