Jurnalistlər üçün yeni bina tikiləcək
21 İyul 2013 18:50 (UTC+04:00)
Mətbuat nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yenidən bina tikiləcək.
Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Əflatun Amaşovun dediyinə görə, sabah – iyulun 22-də Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün ikinci binanın təməli qoyulacaq.
Qeyd edk ki, ölkə prezideninin 2010-cü ildə imzaladığı sərəncamla mətbuat nümayəndələri üçün paytaxtın Bibiheybət qəsəbəsində 156 mənzilli bina tikilib. Binanın açılışı sabah olacaq.(modern.az)
AzNews.az