Niderlandlı səyyah: “Azərbaycanlılar Qarabağın bərpası üçün böyük işlər görürlər”

5 Fevral 2023 19:21 (UTC+04:00)

“Bu, mənim Azərbaycana ilk səfərimdir. İki gün ərzində burada bir çox şeyin şahidi oldum. Qarabağ bölgəsi çox gözəldir. Buraya gəldiyim və bu əraziləri gördüyüm üçün çox şadam”.

Aznews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Qarabağda səfərdə olan niderlandlı səyyah Hilo Terhorst ifadə edib.

Azad olunmuş ərazilərdə tikinti işlərinin həyata keçirildiyini, binaların yenidən qurulduğunu vurğulayan səyyah deyib:

“Buradakı hər şey yeni səviyyəyə doğru irəliləyir. Azərbaycanlılar bu ərazilərin bərpası üçün böyük işlər görürlər. Azərbaycana yenidən səfər etmək niyyətindəyəm, çünki Bakını da görmək istəyirəm”.