Avstriya və İsveçrədə qar uçqunları nəticəsində 10 nəfər həlak olub

5 Fevral 2023 22:59 (UTC+04:00)

Həftə sonu Avstriya və İsveçrədə Alp dağlarında baş verən qar uçqunları nəticəsində 10 nəfər həlak olub.

Aznews.az BBC-yə istinadən xəbər verir ki, xizək kurortlarında ölənlər arasında Yeni Zelandiya, Çin və Almaniyadan olan turistlər də var.

Avstriya hökuməti bölgədə uçqun təhlükəsi ilə bağlı dördüncü səviyyəli xəbərdarlıq elan edib.