Rusiya XİN başçısının Yaxın Şərq və Afrikaya turnesi başlayıb

5 Fevral 2023 23:20 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraqda işgüzar səfərdədir.

Aznews.az “Interfaks”a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin Yaxın Şərq və Afrika ölkələrinə səfərinin ilk dayanacağı İraqdır.

Diplomatın Mali, Mavritaniya və Sudana da səfəri gözlənilir.

Bildirilib ki, S. Lavrovun İraqa iki günlük səfəri zamanı Prezident Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd əl-Sudani, xarici işlər naziri Fuad Hüseyn və ölkə parlamentinin sədri Məhəmməd əl-Halbusi ilə görüşləri nəzərdə tutulub.

İraqın keçmiş baş naziri, “Qanun dövləti” koalisiyasının rəhbəri Nuri əl-Maliki ilə də görüş planlaşdırılır.