Fəxrəddin Altun: "Rəsmi qurumların məlumatları izlənməlidir"

6 Fevral 2023 07:32 (UTC+04:00)

"Millətimizə, ölkəmizə keçmiş olsun. Hazırda bütün araşdırmalar Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası ilə aparılır".

AzNews.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında baş verən zəlzələ ilə bağlı paylaşım edib.

"Başda AFAD olmaqla rəsmi qurumların fəlakətlə bağlı məlumatlarını izləmək vacibdir", - deyə o əlavə edib.