Egeydə miqrantları daşıyan qayıq batıb: Ölənlərdən 3-ü uşaqdır

6 Fevral 2023 08:02 (UTC+04:00)

Egeydə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 5 nəfər həyatını itirib.

AzNews.az xəbər verir ki, hadisə İleryoz adasında baş verib.

Qəzadan sağ çıxan 41 nəfərdən 6-sı uşaq olmaqla ümumilikdə 8 nəfər müalicə üçün xəstəxanaya göndərilib.

Xəstəxanaya aparılan 6 uşaqdan 3-nü müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Pərvanə