Adana və Mersində məktəblər bağlandı

6 Fevral 2023 08:15 (UTC+04:00)

Türkiyədə baş verən zəlzələyə görə Adana və Mersində təhsil bir günlük dayandırılıb.

AzNews.az xəbər verir ki, bu barədə Adana və Mersin Valiliyi məlumat yayıb.

6 fevral bazar ertəsi günü bütün təhsil müəssisələrinin bağlandığı bildirilib.

Xatırladaq ki, Kahramanmaraşın Pazarcık rayonunda saat 04:17-də 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ bir çox şəhərlərdə hiss olunub. Ən böyüyü 6,6 bal gücündə olmaqla 32 afterşok baş verib. Zəlzələdən təsirlənən bir çox bölgədə binaların dağıldığı öyrənilib.

Pərvanə