Pekin Vaşinqtonu ABŞ üzərində hava şarının məhv edilməsi ilə bağlı xəbərdar edib

6 Fevral 2023 11:35 (UTC+04:00)

Çin ABŞ hava məkanında Çinin dirijablının məhv edilməsi ilə bağlı ABŞ-a ciddi etiraz edib.

Aznews.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çin hakimiyyəti “baş verən vəziyyəti diqqətlə izləyir və milli şirkətlərin qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək”. “Birləşmiş Ştatlar bu cür hərəkətləri ilə Bali görüşündən sonra Çin-ABŞ münasibətlərinin sabitləşməsinə yönəlmiş səylərə ciddi zərbə vurdu”, - bəyanatda deyilir.

Bəyanata görə, Pekin “bütün lazımi əks tədbirləri görmək hüququnu özündə saxlayır”.

Qeyd edək ki, şənbə günü Karolina sahillərində Atlantik okeanı üzərində ABŞ hərbçiləri ABŞ hava məkanına uçmuş Çin hava şarını vurmuşdu.

Mövsüm