Türkiyə və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

6 Fevral 2023 12:53 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla israilli həmkarı Yoav Galant arasında telefon danışığı olub.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Y.Galant həmkarına Türkiyədə baş verən zəlzələdə ölənlərə görə başsağlığı verib.

O, həmçinin Türkiyəyə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib.